Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb

Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
  25 Dekabr 2025    Oxunub:433
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni, sahibkar Cared Kuşner ilə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə V.Zelenski "Telegram" kanalında yazıb.

"İşin bəzi əhəmiyyətli detallarını müzakirə etdik. Ortaq nəticəyə və davamlı sülhə doğru işləyə biləcək bəzi yaxşı fikirlər var. Ümid edirəm ki, bu gün müzakirə etdiyimiz Milad razılaşmaları və ideyaları faydalı olacaq", - deyə o bildirib.

O, bu "ideyaların" məzmununu açıqlamasa da, əlavə edib ki, söhbət zamanı Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, eləcə də Ukraynanın xarici işlər naziri Andrey Sibiha və onun müavinləri Sergey Kislitsa, eləcə də V.Zelenskinin ofisinin əməkdaşları İqor Brusilo və Aleksandr Bevz iştirak ediblər.

AzVision.az



Teqlər:



Xəbər lenti