Azərbaycanda asbest qadağan olunur

   Azərbaycanda asbest qadağan olunur
  26 Dekabr 2025    Oxunub:1363
Milli Məclis asbest və asbest tərkibli materialların mülki dövriyyədən çıxarılmasını ilk oxunuşda qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanuna dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla asbest və asbest tərkibli materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına salınır.

Qanun 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti