Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə edilib"

   Ceyhun Bayramov:    "Sülh prosesində böyük irəliləyiş əldə edilib"
  26 Dekabr 2025    Oxunub:1601
"2025-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət milli maraqlarımızın reallaşdırılmasına yönəlib".
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov cari ilin yekunlarına dair mətbuat konfransında dilə gətirib. O vurğulayıb ki, Azərbaycan bu il ərzində diplomatik təmsilçilik səviyyəsini yüksəldib:

"Azərbaycan Prezidentinin rəhbərliyində həyata keçirilən xarici siyasət çox zəngin olub. Ölkəmiz beynəlxalq müstəvidə mövqeyini gücləndirib. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq və vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib".

O həmçinin diqqətə çatdırıb ki, cari ildə qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet olub:

"Son bir ildə Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşanıbsa da, ölkələrimiz arasında münasibətlər davam edib. Düşənbədə keçirilən görüş münasibətlərin normallaşmasına müsbət təsir göstərib".

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti