Azərbaycan Suriyaya 200 ton yardım göndərib

Azərbaycan Suriyaya 200 ton yardım göndərib
  26 Dekabr 2025    Oxunub:1379
"Dünyada gedən proseslər elə imkanlar yaradır ki, hər dövlət adaptasiya olaraq uyğun addımlar atır".
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov cari ilin yekunlarına dair mətbuat konfransında söyləyib. O bildirib ki, bir il əvvəl Suriyada baş verənlər bu məqama bariz nümunədir:

"Azərbaycan ilk gündən Suriyadakı prosesləri dəstəkləyib. Suriyada dəyişiklikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə humanitar yardım göndərilib, səfirlik bərpa edilib, keçid dövrü prezidentinin Azərbaycana səfəri baş tutub. Azərbaycan həmçinin Suriyaya qaz göndərib. İkitərəfli təmaslar intensiv şəkildə davam edir".

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti