Bricit Bardot vəfat edib

Bricit Bardot vəfat edib
  28 Dekabr 2025    Oxunub:1403
Məşhur fransalı aktrisa Bricit Bardo 91 yaşında vəfat edib.
Bu barədə "France-Presse" (AFP) agentliyi "Bricit Bardo Fondu"na istinadən xəbər verib.

Qeyd edək ki, ajtrisa 28 sentyabr 1934-cü ildə Parisdə anadan olub. Gənc yaşlarında balet və modellik ilə maraqlansa da, sonradan kinoya üz tutub.

1950-1960-cı illərdə Fransız kinosunun və Avropa mədəniyyətinin simvoluna çevrilib.

“Və Allah qadını yaratdı” filmi ilə dünyada məşhurlaşıb. Bordo təkcə aktrisa deyil, həm də azad qadın obrazının rəmzi kimi qəbul olunub.

1973-cü ildə kinodan uzaqlaşıb və həyatını heyvan haqlarının müdafiəsinə həsr edib. Bu məqsədlə "Bricit Bordo Fondu"nu yaradıb.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti