Erməni soyqırımını törədən elə Ermənistandır

  24 Aprel 2013    Oxunub : 376
Erməni soyqırımını törədən elə Ermənistandır
AŞPA-da Ermənistan hakimiyyətinin öz xalqına qarşı çıxması ilə bağlı sənəd yayılıb
Sənəddə erməni xalqına qarşı əsl soyqırımı Ermənistan hökumətinin apardığı qeyd olunur

Avropa Şurası Parlament Assambleyasında təcavüzkar Ermənistan hakimiyyətinin öz xalqına qarşı çıxması ilə bağlı sənəd yayılıb. Azərbaycan nümayəndə heyəti üzvlərinin hazırladığı sənəddə deyilir ki, adətən hər il bu ərəfədə dünyanın müxtəlif yerlərində erməni təşkilatları “soyqırımı” kimi təqdim olunan və uzaq tarixə aid hadisələrin ildönümünü qeyd edirlər.

1915-ci ildə baş verməsi iddia olunan bu proseslər barədə dünya tarixçiləri, elm adamları daim mübahisələr aparır, lakin hələ də yekdil nəticə yoxdur.

Qeyd olunur ki, erməni xalqına qarşı əsl soyqırımı Ermənistan hökuməti aparır. Bu yaxınlarda saysız qanun pozuntuları, saxtakarlıq və zorakılıqların müşayiəti ilə keçirilmiş və indiyədək həmin ölkədə geniş kütlələrin etirazlarını ifadə etdiyi prezident seçkiləri həmin soyqırımının sadəcə olaraq kiçik bir elementidir.
Ermənistan hökumətinin erməni xalqına qarşı apardığı soyqırımı siyasəti əslində daha dərin, daha genişmiqyaslıdır.

Ermənistanın Azərbaycana təcavüzü və bir sıra digər qonşu dövlətlərə də müxtəlif əsassız ərazi iddiaları elə bir şərait yaradıb ki, bu ölkə təcrid vəziyyətinə düşüb. Ermənistan iqtidarı xalqı uçuruma doğru aparmaqda inadla davam edir. Bütöv xalqa qarşı həyata keçirilən bu rəftar öz xalqına qarşı aparılan əsl soyqırımıdır.

AzVision.az

Teqlər: