Qızılın qiyməti aşağı düşüb

Qızılın qiyməti aşağı düşüb
  29 Dekabr 2025    Oxunub:446
Qızıl fyuçerslərinin qiyməti dekabrın 22-dən bəri ilk dəfə troya unsiyası üçün 4 400 dollardan aşağı düşüb.
AzVision.az xəbər verir ki, bunu "Comex" (Nyu-York əmtəə birjasının bölməsi) ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 18:30-a olan məlumata görə, qiymətli metalın qiyməti 3,65 % azalaraq bir troya unsiyası üçün 4 386,6 dollar təşkil edib. Saat 18:35-ə qızılın qiyməti azalma tempini yavaşladaraq bir troya unsiyası üçün 4 395,4 dollar (-3,46 %) olub.

AzVision.az



Teqlər:



Xəbər lenti