Türkiyə İspaniyaya milyardlarla avroluq hərbi texnika satacaq

   Türkiyə İspaniyaya milyardlarla avroluq hərbi texnika satacaq
  30 Dekabr 2025    Oxunub:1179
Türkiyə İspaniya Hava və Kosmik qüvvələrinə 30 “HÜRJET” təlim təyyarəsinin satışı üçün 2,6 milyard avro dəyərində hərbi ixrac müqaviləsi imzalayıb.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, tədarük prosesinə 2028-ci ildə başlayacaq müqaviləyə təyyarələrin çatdırılması, təkmil pilot hazırlığı, simulyatorlar, texniki xidmət və uzunmüddətli dəstək daxildir.

“Bu sənəd Türkiyə müdafiə sənayesi üçün tarixi əhəmiyyətə malikdir: ilk dəfə olaraq onun müdafiə təyinatlı məhsullarından NATO-nun Avropa üzvü istifadə edəcək”, - analitiklər vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   İspaniya   silah  



Xəbər lenti