Dəbilqəsiz moped sürənlər cərimələnəcəklər

Dəbilqəsiz moped sürənlər cərimələnəcəklər
  30 Dekabr 2025    Oxunub:1374
Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cərimə olunacaqlar.
AzVision.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopeddə daşımağa görə 40 manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti