Polis bayramda ictimai asayişin təmini üçün tədbirlər görür | VİDEO

Polis bayramda ictimai asayişin təmini üçün tədbirlər görür |    VİDEO
  30 Dekabr 2025    Oxunub:872
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər:

"Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq. Bayramınız təhlükəsiz keçsin!".

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti