Əli Əsədov küveytli həmkarı ilə danışıb

Əli Əsədov küveytli həmkarı ilə danışıb
  30 Dekabr 2025    Oxunub:1262
Dekabrın 30-da Baş nazir Əli Əsədov ilə Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah Əl-Əhməd Əl-Sabah arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, Küveytin Baş nazirinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı əsnasında Azərbaycan-Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.

Hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri nəzərdən keçiriblər.

AzVision.az


Teqlər: NK  



Xəbər lenti