Yeni il bayramı ilə əlaqədar FHN-dən əhaliyə təkrar müraciət

Yeni il bayramı ilə əlaqədar FHN-dən əhaliyə təkrar müraciət
  31 Dekabr 2025    Oxunub:1252
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib.
Nazirliyin məlumatına istinadən xəbər verir ki, müraciətdə eni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər halların yanğın təhlükəsini artırdığı bildirilir.

Bu zaman kiçik ehtiyatsızlığın və ya diqqətsizliyin bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara biləcəyinə diqqət çəkilir. Bunları nəzərə alaraq FHN bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Bildirilib ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda ağac tezalışan oyuncaqla bəzədilməməli və pirotexniki vasitələrdən istifadə olunmamalıdır: “Bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir. Təhlükə zamanı 112-yə zəng edin!”.

AzVision.az


Teqlər: FHN   əhali   müraciət  



Xəbər lenti