DİN: “Dünən 23 cinayətin üztü açılıb”

   DİN:    “Dünən 23 cinayətin üztü açılıb”
  31 Dekabr 2025    Oxunub:1165
Dekabrın 30-da polis əməkdaşları ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin üstünün açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti