Gələn ilin ilk günündə hava necə olacaq?

Gələn ilin ilk günündə hava necə olacaq?
  31 Dekabr 2025    Oxunub:1202
2026-cı ilin ilk günü üçün hava proqnozu açıqlanıb.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, 2026-cı il yanvarın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında yağış, qar yağacaq

Sabah Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

AzVision.az



Teqlər: Hava   sabah  



Xəbər lenti