Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edilib

Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edilib
  31 Dekabr 2025    Oxunub:1236
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, uşaq evində və internat tipli gimnaziyada tərbiyə alan, həmçinin sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib.
AzVision.az Şəhər icra hakimiyyətinin məlumatına istindaən xəbər verir ki, şənlikdə iştirak edən uşaqlar Şəki Dövlət Dram Teatrında Yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl-tamaşaya böyük maraqla baxıblar.


Nağıl-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.


Şənlik Yeni il ərəfəsində uşaqlara böyük sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edib.

AzVision.az


Teqlər: Şəki   uşaqlar   şənlik  



Xəbər lenti