İran vətəndaşı 20 milyon dollarlıq heroinlə tutulub

İran vətəndaşı 20 milyon dollarlıq heroinlə tutulub
  31 Dekabr 2025    Oxunub:1344
Gürcüstan Daxili İşlər nazirliyinin əməkdaşları qara bazarda ümumi dəyəri təxminən 20 milyon dollar olan 157 kq ağırlığında iri heroin partiyasını ələ keçirib.
AzVision.az xəbər verir ki, Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksnadr Darahvelidze keçirdiyi brifinqdə belə deyib.

“Dekabrın 30-da Daxili İşlər nazirliyinin əməkdaşları külli miqdarda narkotik vasitə götürüblər. İran vətəndaşı 157 kq heroini yük maşınında qonşu ölkədən qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirtdiyi üçün saxlanılıb. Dərmanlar mərmər plitələrə qablaşdırılıb”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, Gürcüstanını Daxili İşlər nazirliyi cinayətdə iştirakı olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.

- İstintaq Cinayət Məcəlləsinin ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan maddələri ilə aparılır”, - Aleksandr Darahvelidze qeyd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   iranlı   heroin  



Xəbər lenti