DOST-da göstərilən xidmətlərin əhatəsi genişləndirilib
Bu xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə arayışlar verilməsi daxildir.
Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və hər iki xidməti də bu gündən DOST mərkəzləri göstərəcək.
Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət sektoru üzrə işçilərin istehsalat qəzaları, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanması və sığorta ödənişlərinin 2026-cı il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilmiş iki xidmət də bununla əlaqədardır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


