Prezident: "Onların arxasında güclü Azərbaycan dövləti dayanıb"

  Prezident:  "Onların arxasında güclü Azərbaycan dövləti dayanıb"
  01 Yanvar 2026    Oxunub:1188
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edib.
İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB - VİDEO
AzVision.az xəbər verir ki, dövləti başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində, həmçinin deyib:

"Onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir.


Teqlər:   İlham-Əliyev  



Xəbər lenti