NATO qırıcıları bir ayda Rusiya təyyarələrini 13 dəfə müşayiət edib

NATO qırıcıları bir ayda Rusiya təyyarələrini 13 dəfə müşayiət edib
  01 Yanvar 2026    Oxunub:352
Litvanın Zoknyai hava bazasında rotasiya qaydasında yerləşdirilən NATO qırıcı təyyarələri dekabr ayında Baltikyanı respublikanın hava məkanı yaxınlığında Rusiya hərbi təyyarələrini 13 dəfə müşayiət edib.
AzVision.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ilk müşayiət 9 dekabrda baş tutub. Ən aktiv həftə 15 dekabrdan 22 dekabra qədər olub və bu müddət ərzində qırıcı təyyarələr yeddi dəfə havaya qalxıblar.

Hava müşayiəti proseduru adi monitorinq tədbiridir. NATO qüvvələri bundan sentyabr ayında 23 dəfə, oktyabrda 15 dəfə və noyabrda 11 dəfə istifadə ediblər.

AzVision.az


Teqlər: NATO   Rusiya  



Xəbər lenti