Ördəklərin hücumu?

// ABŞ mediası Putinin iqamətgahına zərbə xəbərinin feyk olduğunu iddia edir

   Ördəklərin hücumu?
  01 Yanvar 2026    Oxunub:1356
Tramp ilə Zelenskinin Mayamidə görüşdükləri günün axşamı Ukrayna ordusunun Rusiya prezidenti Vladimir Putinin iqamətgahlarından birinə dronlarla zərbə endirməsi müxtəlif şərh və ehtimallara səbəb olmuşdu. Amma CNN, “The New York Times” “The Wall Street Journal” özlərinin kəşfiyyat orqanlarındakı mənbələrinə əsaslanaraq belə hücumun əslində olmadığını iddia edirlər.
Hər üç KİV orqanının məlumatına görə, dekabrın 31-də Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Retkliff prezident Trampla görüşərək, rəhbərlik etdiyi qurumun Rusiyanın hücumla bağlı məlumatına inanmadığını bildirib.

Bundan bir qədər sonra Tramp sosial şəbəkə hesabında “New York Post”un Putinin iqamətgahına hücumun həqiqətən olduğunu şübhə altına alan materalının linkini paylaşıb.

Rusiyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, Putinin qərargahına tuşlanan PUA-nın qalıqlarının ekspertizası ilə bağlı materialları birbaşa kanallarla ABŞ-yə təqdim edəcəklər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Ukrayna  



Xəbər lenti