Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq

Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
  01 Yanvar 2026    Oxunub:2538
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Bu barədə " AzVision.az
"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-də küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

AzVision.az



Teqlər: yol   magistral   buz  



Xəbər lenti