İsrail İrana yeni zərbələr hazırlayır

   İsrail İrana yeni zərbələr hazırlayır
  01 Yanvar 2026    Oxunub:1344
İranda keçirilən kütləvi etiraz aksiyalarının fonunda İsrail ordusu 3 istiqamətdə hücum hazırlıqlarını gücləndirib. Bular İran, Livan və İordan çayının Qərb sahilidir.
İsrailin “12-ci kanal” televiziyasının məlumatına görə, Baş Qərargahın 2030-cu ilə qədərki dövrü əhatə edən planına görə, baş nazir Benyamin Netahyahu ABŞ-da olarkən İrandakı etirazlar məsələsini də müzakirə edib. Amma bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilmir.

Xəbərə görə, İrana yeni zərbələr planını dəqiqləşdirmək üçün yaxın gələcəkdə yüksək çinli hərbi komandirlərdən ibarət qərargah formalaşdırılacaq.

O da bildirilir ki, yəhudi dövləti təhlükəsizliyini möhkəmləndirmək üçün kosmosdan da istifadə etməyə hazırlaşır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   İran  



Xəbər lenti