Azərbaycan XİN Sudan və Kubanın Milli Gününü təbrik edib

Azərbaycan XİN Sudan və Kubanın Milli Gününü təbrik edib
  01 Yanvar 2026    Oxunub:1311
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, müvafiq paylaşım XİN-in "X" sosial media hesabında yerləşdirilib.

"Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək, Sudan!" - paylaşımda bildirilib.

Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.

"Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik. Milli Gününüz mübarək, Kuba!" - paylaşımda vurğulanıb.

AzVision.az



Teqlər: AzərbaycanXİN   Sudan   Kuba   MilliGün  



Xəbər lenti