AAYDA: "Bütün yollar nəzarətdə saxlanılır"

   AAYDA:    "Bütün yollar nəzarətdə saxlanılır"
  02 Yanvar 2026    Oxunub:1223
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin ölkə üzrə bütün yollar nəzarətdə saxlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AzVision.az -a verilən məlumata əsasən, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar hər hansı problem yoxdur:

"Agentliyinin bütün maşın-mexanizm və texnikası, həmçinin canlı qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur. Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməmələri tövsiyə olunur".

AzVision.az


Teqlər: AAYDA  



Xəbər lenti