ABŞ Dövlət Departamenti hadisələrə şərhində baş verənlərin xalqın haqlı qəzəbinin ifadəsi olduğunu bildirib: “Tehran onilliklər ərzində iqtisadiyyat, su resursları, enerji təchizatı kimi məsələlərə barmaqarası yanaşaraq, terrorçu təşkilatların maliyyələşdirilməsinə və nüvə proqramına milyardlarla dollar vəsait ayırıb. Nəticədə indi hökumət yaranan vəziyyətdən çıxış yolu tapa bilmir”.
ABŞ prezidenti Donald Tramp isə sosial şəbəkə postunda bilirib ki, əgər İran hökuməti adətinə uyğun olaraq, dinc etirazçıları öldürsə, Birləşmiş Ştatlar onların köməyinə gələcək. “Biz fəaliyyətə keçməyə hazırıq”, - Tramp əlavə edib.
İsrailin diaspor naziri Amihay Şikli Süni İntellekt vasitəsilə generasiya olunmuş foto paylaşıb. Şəklin üzərində “Mən İran xalqını dəstəkləyirəm” yazılıb.
Britaniya Parlamentinin üzvü Naycel Fərəc etirazçılara uğur arzulayaraq bildirib ki, “Bu şər rejimi getməlidir”.
Bu bəyanatların fonunda İran mediası xarici qüvvələri ölkənin daxilindəki etirazları qızışdırmaqda ittiham etməyə başlayıb.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


