Əhalinin keçən il ölkəyə gətirdiyi məhsulların həcmi açıqlanıb

Əhalinin keçən il ölkəyə gətirdiyi məhsulların həcmi açıqlanıb
  02 Yanvar 2026    Oxunub:1255
2025-ci ilin yanvar-noyabr ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6% artaraq 1 milyard 949,8 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən AzVision.az verilən məlumata əsasən, bu, ölkənin cəmi idxalının 9,20%-ni əhatə edib. Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 132,3 milyon ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,56%-i deməkdir. Hesabat dövründə fiziki şəxslər tərəfindən ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% azalıb.

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 23,4 milyard ABŞ dolları, idxalı isə 21,2 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən 1 ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.

AzVision.az


Teqlər: DGK  



Xəbər lenti