İlham Əliyev və Mehriban Əliyeva Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı veriblər

   İlham Əliyev və Mehriban Əliyeva Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı veriblər
  02 Yanvar 2026    Oxunub:1183
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı veriblər.
AzVision.az başsağlığının mətnini diqqətə çatdırır:

"Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".

AzVision.az


Teqlər: Prezident   Nizami-Gəncəvi-Mərkəzi   başsağlığı  



Xəbər lenti