Bayram günlərində kiberdələduzluq halları artıb

Bayram günlərində kiberdələduzluq halları artıb
  02 Yanvar 2026    Oxunub:1242
Bayram günlərində "WhatsApp", "Telegram" və digər sosial şəbəkə platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər artıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a məlumat verilib. Nazirlik diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə vasitəsilə kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir:

"Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər. Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir".

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti