Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib
  02 Yanvar 2026    Oxunub:400
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Hadramaut vilayətinin Seyyun şəhərinin hava limanına bir sıra hava hücumları həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə "AIC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanına məxsus təyyarələr hava limanına ən azı üç hava hücumu həyata keçirib. Hücumlar şəhərdə güclü partlayışlara səbəb olub.

Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Aqel "Sky News Arabia" telekanalına hava limanına endirilən zərbələri təsdiqləyib.

AzVision.az



Teqlər:



Xəbər lenti