Misirin Bənhə Universitetində Azərbaycan dili tədris olunacaq

Misirin Bənhə Universitetində Azərbaycan dili tədris olunacaq
  03 Yanvar 2026    Oxunub:1268
Misirin Qalyubiyyə vilayətinin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır. Universitetin saytında bununla bağlı elan yerləşdirilib.
AzVision.az xəbər verir ki, beləliklə Misirdə Azərbaycan dilinin tədris edildiyi ali məktəblərin sayı 4-ə çatıb.

Bənhə Universitetinin rektoru Nasir əl-Cizavinin rəhbərlik etdiyi Xarici Dillər Mərkəzi Azərbaycan dili üzrə hazırlıq kursuna qəbul elan edib. Kurs ödənişsizdir və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Universitetin əməkdaşları, bakalavr, magistratura və doktorantura mərhələlərində təhsil alanlar kursda iştirak etmək üçün müraciət edə bilərlər.

Universitetin nəzdində fəaliyyət göstərən Xarici Dillər Mərkəzinin müdiri doktor İman Əbdülhəq bildirib ki, hazırlıq kursunda dərslər 3 səviyyə üzrə keçiləcək. Hər səviyyə üzrə dərslər ümumi 24 saat, həftədə 2 dəfə olmaqla gün ərzində 2 saat nəzərdə tutulub.

AzVision.az



Teqlər: Bəhnə   Azərbaycan   dil  



Xəbər lenti