“Kiyev vilayətinin Borispol rayonunda Brovarı və Kiyev istiqamətində hərəkət edən pilotsuz təyyarələr müşahidə edilib. Son 20 dəqiqə ərzində şərq və cənub-qərbdən pilotsuz təyyarələrin hərəkəti qeydə alınıb. Kiyevdə partlayış səsləri eşidilib, HHM vasitələri qabaqlayıcı rejimdə işləyib”, - Kiyev şəhər dövlət adminsitrasiyasının rəhbəri Timur Tkaçnekonun təsdiqlədiyi xəbərdə deyilir.
Hava hücumu xəbərdarlığını təsdiqləyən Kiyev şəhər hərbi administrasiyası paytaxt sakinlərini dərhal sığınacaqlara getməyə və hər şey aydınlaşana qədər orada qalmağa çağırıb. Rəsmi məlumatlara görə, hava hücumundan müdafiə (HHM) qüvvələri artıq bölgədə, o cümlədən Kiyevə yaxınlaşan pilotsuz təyyarələri məhv etməyə başlayıb.
Monitorinq kanalları həmçinin Kiyev vilayətində paytaxta, eləcə də Çerniqov vilayətindən hərəkət edən üçdən on ədədə qədər bir neçə pilotsuz təyyarə qrupunun olduğunu bildirib.
— Ahmadov (@BigAhmadov) January 2, 2026
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


