DİN: “Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb”

   DİN:    “Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb”
  03 Yanvar 2026    Oxunub:1177
Yanvarın 2-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin üstünün açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadən bildirir ki, bundan başqa, axtarışda olduğuna görə 2, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   cinayət   saxlanma  



Xəbər lenti