Qonşuları Venesueladakı vəziyyətdən narahatdırlar

Qonşuları Venesueladakı vəziyyətdən narahatdırlar
  03 Yanvar 2026    Oxunub:1229
Kolumbiya və Kuba prezidentləri Venesuelada baş verən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsindəki hesabında vəziyyəti daha da gərginləşdirə və ya mülki əhalini təhlükəyə ata biləcək hər hansı birtərəfli hərbi əməliyyatları pisləyib.

Kuba prezidenti Migel Dias-Kanel isə X-də paylaşımında hadisəyə görə ABŞ-ı ittiham edərək Venesuelaya hücumu pisləyib və beynəlxalq ictimaiyyəti hadisəyə təcili olaraq reaksiya verməyə çağırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti