Britaniya və Fransa Suriyada İŞİD obyeklərini bombalayıb

Britaniya və Fransa Suriyada İŞİD obyeklərini bombalayıb
  04 Yanvar 2026    Oxunub:929
Britaniya və Fransanın hərbi-hava qüvvələri Suriyada əvvəllər İŞİD tərəfindən istifadə olunmuş yeraltı silah anbarlarına birgə bombardman əməliyyatı həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, kəşfiyyat məlumatlarının təhlili nəticəsində Palmiranın şimalında dağlıq ərazidə silah və partlayıcı maddələrin saxlanıldığı ehtimal edilən yeraltı obyekt müəyyən edilib.

Nazirliyin bəyanatında bildirilir ki, əməliyyat zamanı hərbi təyyarələr Paveway IV tipli idarəolunan bombalarla obyektə aparan bir sıra tunelləri hədəfə alıb.

“Hazırda zərbələrin nəticələri üzrə ətraflı qiymətləndirmə aparılır, ilkin məlumatlar hədəfin uğurla məhv edildiyini göstərir”, — deyə açıqlamada vurğulanıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti