İran XİN: "ABŞ Venesuelanın suverenliyini pozur"

İran XİN: "ABŞ Venesuelanın suverenliyini pozur"
  04 Yanvar 2026    Oxunub:922
Tehran ABŞ-nin Venesuelaya “hərbi təcavüzünü” və Maduronun saxlanılmasını pisləyir.
Venesuela prezidentinin ABŞ tərəfindən ələ keçirilməsindən sonra İranın xarici işlər naziri Abbas Araqçi venesuelalı həmkarı Yvan Gil Pinto ilə telefon danışığı aparıb.

XİN rəhbəri bildirib ki, Tehran ABŞ-nin “hərbi təcavüzünü” və Maduronun saxlanılmasını pisləyir, bunu dövlət terrorizmi və Venesuelanın suverenliyinin pozulması kimi qiymətləndirir.

Venesuela XİN rəhbəri isə İrana dəstəyə görə təşəkkür edib və ölkəsinin öz müqəddəratını təyin etmək hüququnu qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti