Azərbaycan və Türkiyə arasında yeni saziş imzalanıb

Azərbaycan və Türkiyə arasında yeni saziş imzalanıb
  04 Yanvar 2026    Oxunub:858
Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr həcmində təbii qaz tədarükünə dair yeni saziş imzalanıb.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bununla bağlı açıqlama verib.

Nazirin sözlərinə görə, Xəzər dənizindəki Abşeron yatağından hər il 2,25 milyard kubmetr olmaqla 15 il müddətində qaz tədarükü həyata keçiriləcək. Saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək.

Təbii qaz Bakı–Tbilisi–Ərzurum boru kəməri vasitəsilə mövcud infrastrukturdan istifadə edilməklə Türkiyəyə çatdırılacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti