Berlində 45 min ev işıqsız qalıb

Berlində 45 min ev işıqsız qalıb
  04 Yanvar 2026    Oxunub:863
Berlin meri: "Hadisə siyasi motivlidir"
Almaniyanın paytaxtı Berlinin cənub-qərb hissəsində elektrik kəsintisinə Lixterfeld stansiyasına aparan ötürücüdə qəsdən törədilmiş yanğın səbəb olub.

Bu barədə şəhərin meri Kay Veqner məlumat verib. Onun sözlərinə görə, hadisənin arxasında “solçu ekstremistlər” dayanır.

Stromnetz Berlin operatoru bildirib ki, elektrik təchizatının tam bərpası bir neçə gün çəkə bilər və prosesin təxminən yanvarın 8-dək davam edəcəyi gözlənilir.

Berlin polisi hadisə ilə bağlı məsuliyyəti üzərinə götürdüyünü iddia edən məktub aldıqlarını və hazırda onun həqiqiliyinin yoxlanıldığını açıqlayıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti