Ərdoğan Yəmən münaqişənin nizamlanmasında vasitəçilik təklif edib

Ərdoğan Yəmən münaqişənin nizamlanmasında vasitəçilik təklif edib
  04 Yanvar 2026    Oxunub:835
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
Türkiyə Prezidentinin mətbuat xidməti məlumatına görə,
söhbət zamanı regional təhlükəsizlik məsələlərinə və Yaxın Şərqdə mövcud olan münaqişələrə xüsusi diqqət yetirilib.

Yəməndəki vəziyyəti müzakirə edən Ərdoğan bildirib ki, Ankara ölkədə baş verən prosesləri diqqətlə izləyir və Yəmənin ərazi bütövlüyünün qorunmasını regional sabitliyin əsas amillərindən biri hesab edir.

Türkiyə lideri ölkəsinin Yəmən münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərə töhfə verməyə və vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti