Bayramda 13 nəfər zəhərlənib

Bayramda 13 nəfər zəhərlənib
  05 Yanvar 2026    Oxunub:757
Bayram tətili günlərində (dekabrın 31-dən yanvarın 5-dək) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.
Bu barədə AzVision.az -a KTM-dən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən dördü dərman, biri siçan dərmanı (rodensit), biri dəm qazı, biri yandırıcı məhlul, altısı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar. Ölüm faktı qeydə alınmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti