
(İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabti)
İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabti qəzetə açıqlamasında söyləyib ki, Əli Xamanei yalnız Rusiyanın paytaxtı Moskva şəhərinə qaça bilər, çünki onun gedə biləcəyi başqa yer yoxdur:
"2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibə nəticəsində ali rəhbərin nüfuzu çox zəifləyib. O, uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmır, həmçinin son günlər baş verən aksiyalara dair hər hansı çıxış həyata keçirmir".
|
| Tramp: “İrandakı etirazçılara köməyə hazırıq” |
Əli Xamenei, həqiqətən də, ölkədəki vəziyyətdən yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.
İranda kütləvi etiraz aksiyaları 2025-ci ilin 28 dekabrında başlayıb. Aksiyaların motivi əsas etibarilə inflyasiyanın kəskin artması, İran rialının dəyərdən düşməsidir. Nümayişləri əvvəla Tehranda mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə ölkənin bir çox böyük şəhərinə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 16 nəfər ölüb.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


