Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq
  05 Yanvar 2026    Oxunub:362
Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 06.01.2026-ci il saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti