Yəməndə separatçıların lideri yoxa çıxıb

  Yəməndə separatçıların lideri yoxa çıxıb
  07 Yanvar 2026    Oxunub:892
Yəmənin Cənub Keçid Şurasının lideri Eydərus Əl-Zübeydi hökumətlə anlaşılmazlıqlar fonunda naməlum yerə qaçıb.
Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb ki, Eydərus Əl-Zübeydi təyyarə ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə getməli, hökumət nümayəndələri ilə danışıqlar apamalı idi. Hərçənd hazırda ondan hər hansı xəbər yoxdur.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının əvvəlindən bəri Yəmən Prezident Rəşad Əl-Əlimi və Eydərus Əl-Zübeydi arasında münaqişə başlayıb. Belə ki, separatçı qüvvənin rəhbəri ölkənin Həzrəmövt və Əl-Məhrə əyalətlərini ələ keçirərək, cənubi Yəmən dövlətini yenidən qurmağa çalışır. Onun nüfuzunun tədricən bütün ölkəyə yayıldığı bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yəmən   separatçılar   gərginlik  



Xəbər lenti