İranın Baş Komandanı: "Hədələrə göz yummayacağıq"

      İranın Baş Komandanı:    "Hədələrə göz yummayacağıq"
  07 Yanvar 2026    Oxunub:947
"ABŞ və İsrailin İranda hökumət əleyhinə etirazları açıq-aşkar dəstəkləmələri fonunda bu kənar qüvvələrin hədə-qorxusu cavabsız qalmayacaq".
Bu sözləri İranın Ali Baş Komandanı general-mayor Əmir Hatəmi hərbi universtin tələbələri ilə görüşündə dilə gətirib. O vurğulayıb ki, Tehran İran xalqına qarşı nifrət ritorikasının getdikcə güclənməsini özünə təhlükə sayır: "Bu ritorikanın daha da böyüməsinə imkan verməyəcəyik".
Vaşinqton İrana qarşı hərəkətə keçir

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 26-sına, ümumilikdə 78 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   hücum   reaksiya  



Xəbər lenti