Politico: “ABŞ yaxasını kənara çəkir”

      Politico:    “ABŞ yaxasını kənara çəkir”
  07 Yanvar 2026    Oxunub:1039
Avropa ölkələrinin təmin etmək niyyətində olduğu Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində ABŞ-nin rolu qeyri-müəyyən olaraq qalır. Vaşinqton atəşkəs rejiminin monitorinqində iştirakına dair sənədi imzalamaqdan imtina edib.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, yanvarın 6-da Qərbin “könüllülər koalisiyası”nın görüşünün yekunu üzrə qəbul edilmiş sənədin yekun variantı “qeyri-müəyyən hala salınıb”.

Kəşfiyyat, maddi-texniki dəstək və hücum halında Avropadakı çoxmillətli qüvvələri dəstəkləmək üçün öhdəliklər də daxil olmaqla, təhlükəsizlik zəmanətlərinin təminatında ABŞ-nin potensial roluna istinadlar mətndən çıxarılıb.

“ABŞ-nin öhdəliklərini yerinə yetirməyə nə dərəcədə hazır olduğu bəlli deyil. Bütün bunların fonunda nəzərə almaq lazımdır ki, Ukrayna hökumətində baş verən son kadr dəyişikliyi Kiyevin müharibəyə hazırlığından xəbər verir. Kiyevdə baş verən mühüm siyasi dəyişikliklər, lazım gələrsə, Ukraynanı uzun sürən müharibəyə hazırlamaq məqsədi daşıyır”, - qəzetin həmsöhbətlərindən biri deyib.

Cared Kuşner: “Sülh hələ gözlənilmir”
Xatırladaq ki, yanvarın 6-da “könüllülər koalisiyası”nın Parisdə baş tutan görüşündən sonra Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra Ukraynaya çoxtərəfli kontingenti yerləşdirmək niyyəti haqqında bəyannamə imzalayıblar.

Bununla belə, ABŞ nümyaəndə heyətinin tərkibinddə Paris görüşündə iştirak edən Donald Trampın kürəkəni Cared Kuşner Ukraynada sülhün tezliklə yetişməyəcəyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   təhlükəszilik  



Xəbər lenti