ABŞ şirkətləri "Lukoyl"un aktivlərini bölüşəcəklər

   ABŞ şirkətləri "Lukoyl"un aktivlərini bölüşəcəklər
  07 Yanvar 2026    Oxunub:916
ABŞ-nin "Chevron" enerji şirkəti və "Quantum Energy Partners" şəxsi investisiya qrupu Rusiyanın "Lukoyl" neft şirkətinə məxsus təqribən 22 milyard dollar həcmində xarici aktivləri ələ keçirmək niyyətindədir.
Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, adıçəkilən şirkətlər aktivlərin satışa çıxarılacağı hərraca qoşulacaqlar. Hərracda alış baş tutacağı təqdirdə aktivlər iki şirkət arasında bölüşdürüləcək.

2025-ci ilin oktyabrın ayının sonlarında ABŞ-nin Maliyyə Nazirliyi həm "Lukoyl"a, həm də Rusiyanın digər böyük neft şirkəti "Rosneft"ə qarşı sanksiyalar irəli sürüb. Nəticədə "Lukoyl" öz beynəlxalq aktivlərini satmaq qərarına gəlib. Nazirlik sanksiyaların səbəbini Moskvanın sülh prosesinə ciddi maraq göstərməməsi ilə əlaqələndirərək, aktivlərinin satışı üçün lisenziya çıxarıb. "Reuters" xəbər agentliyinin məlumatına görə, "Chevron" şirkəti hələ 2025-ci ilin noyabrında bu aktivləri mənimsəmək istədiyini dilə gətrib. Eyni zamanda, Səudiyyə Ərəbistanının "Midad Energy" şirkəti də sözügedən aktivləri almağa iddialıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   şirkət   aktivlər   satış  



Xəbər lenti