Venesuela nefti ABŞ qanunları ilə daşınacaq
Miller bu fikri Pentaqon rəhbəri Pit Heqsetin ABŞ-nin Venesuela neftinin daşınması üçün nəzərdə tutulan gəmilərə blokadanı davam etdirəcəyi barədə paylaşımını şərh edərkən bildirib.
O əlavə edib ki, Venesuela enerji sektoru ABŞ tərəfindən müəyyən edilmiş qanuni və sanksiyalaşdırılmış kommersiya kanalları vasitəsilə "məhdudiyyətsiz iqtisadi potensiala" malikdir.
Bundan əvvəl Pentaqon Atlantik okeanında Rusiya neft tankeri "Marinera"nın saxlanıldığını açıqlamışdı. Əməliyyat ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin hərbi qurumlarla koordinasiyalı birgə səyləri nəticəsində həyata keçirilib. Heqset isə "Marinera"nın saxlanılması əməliyyatını Venesuelaya qarşı tətbiq edilən neft embarqosu ilə əlaqələndirib.
Teqlər: Venesuela







Vaxtında, Aydın, Lazımlı!


