ABŞ Venesuela neftini satmağa başladı

ABŞ Venesuela neftini satmağa başladı
  07 Yanvar 2026    Oxunub:1307
ABŞ hökuməti ABŞ, Venesuela və Amerika müttəfiqlərinin maraqları naminə Venesuela neftini dünya bazarında satmağa başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

"Bu neft və neft məhsullarının satışını asanlaşdırmaq və maliyyə dəstəyi təmin etmək üçün aparıcı qlobal əmtəə təchizatçıları və əsas bankları cəlb etmişik", - deyə bildirilib.
Venesuela nefti dünya bazarına necə təsir edəcək | TƏHLİL

Qeyd edilib ki, Venesuela neft və neft məhsullarının satışından əldə edilən bütün gəlirlər, gəlirlərin son bölüşdürülməsinin qanuniliyini və bütövlüyünü təmin etmək üçün, ilk növbədə, beynəlxalq səviyyədə tanınmış banklardakı ABŞ-ın nəzarətində olan hesablara yatırılacaq.

"Bu vəsaitlər ABŞ hökumətinin qərarı ilə Amerika və Venesuela xalqlarının maraqlarına uyğun olaraq bölüşdürüləcək. Neft satışları dərhal başlayacaq və təxminən 30-50 milyon barel neftin satılması gözlənilir. Bu, qeyri-müəyyən müddətə davam edəcək", - deyə nazirlik bildirib.


Teqlər:   ABŞ   Venesuela  



Xəbər lenti