Evində yatan şəxs FHN-i ayağa qaldırdı

Evində yatan şəxs FHN-i ayağa qaldırdı
  17 Avqust 2014    Oxunub:1527
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər onaltımərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib.

Əməliyyat saat 02:20-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti