Paşinyan: "Prioritetimiz Bakı ilə sülhdür"

      Paşinyan:    "Prioritetimiz Bakı ilə sülhdür"
  08 Yanvar 2026    Oxunub:1947
"Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində hələ də öz həllini gözləyən bir çox məsələ var".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda yerli mətbuata müsahibə verərkən dilə gətirib. O vurğulayıb ki, İrəvanın əsas məqsədi dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin imzalanmasıdır:

"Yerdə qalan məsələlər məhz bu kontekstdə müvafiq ardıcıllıqla nəzərdən keçirilir".

Nikol Paşinyan həmçinin Qarabağ ərazisindəki erməni məbədlərinin guyaa dağıdılması barədə beynəlxalq məhkəmələrdə qaldırılan iddialar məsələsinə də toxunub. Belə ki, Ermənistan hökuməti sülh sazişi çərçivəsində bu iddiaları geri götürmək istəyir:

"Bu məsələ də sülh sazişi fonunda öz həllini tapacaq".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb. Ötən günlərdə Ermənistanın Xarici İşlər Nazirliyi həmin sazişin mətnini ictimaiyyətə açıqlayıb. Sazişə əsasən, tərəflər beynəlxalq məhkəmələrdə qaldırılan iddialardan əl çəkəcək, yeni iddialar irəli sürməməyi öhdələrinə götürəcək, eyni zamanda, üçüncü dövlətlərin onlardan birinə qarşı başlatdıqları məhkəmə proseslərinə qoşulmayacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   sülh-prosesi  



Xəbər lenti