“FT”-nin məlumatına görə, “Burevestmarin” şirkəti 2025-ci ilin iyulunda sahibkar İlya Buqay tərəfindən təsis olunub.
Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə (EGRUL) istinad edən “Varopanın Yeni qəzeti” nəşri sahibkar İlya Buqayın hazırda Moskvada yaşadığını bildirir. O, 2008-ci ildə Krım Federal Universitetini bitirib. Gəmiçilikdə iş axtarışı üzrə bağlı saytlarda “Burevestmarin” tərəfindən yerləşdirilən bir neçə vakansiyaya rast gəlmək olar.
“2018-ci ildən İlya Buqay həm də neft məhsulları ticarəti ilə məşğul olan “Rusnefteximtorq” şirkətinin baş direktoru vəzifəsini tutur. 2020-ci ildə şirkət dörd milyard rubl qazansa da, sonra onun gəliri kəskin şəkildə azalıb və 2024-cü ildə zərərlə işləyib”, - qəzet yazır.
|
| ABŞ Rusiya tankerini necə ələ keçirib? | VİDEO |
“Bella 1 (Marinera)” tankerinin ələ keçirilməsindən sonra ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu gəminin “saxta Rusiya tankeri” olduğunu deyib.
- Onlar mahiyyətcə sanksiyalardan yan keçmək üçün özlərini Rusiya neft tankeri kimi təqdim etməyə çalışırdılar”, - siyasətçi “Fox News” telekanalına müsahibəsində vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


